Bu gün müstəqilliyimizin bərpası və qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü uğrunda atılan mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanılması və inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi. Bu yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canılarını qurban verdilər. Müstəqilliyimizin əldən verilməsi xarici deyil, daxildən də canfəşanlıq edənlər az deyildi. Bir tərəfdən erməni daşnaqların işğalçı, təcavüzkar siyasəti digər tərəfdən dövlətçiliyimizi parçalamaya cəhd göstərən xarici qüvvələrin planları ilə onlara qoşulan, dedikləri ilə oturub duran yerli cinayətkarların özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyiev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziya və radiosu ilə xalqa müraciət etdi. Tarixi müraciətində Vətənimizə, müstəqilliyimi qarşı olan təzyiqlərin təkcə ayrı–ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdləridir. Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdriklüyü, uzaqgörənliyi və qətiyyəti ilə almağa nail oldu. 1995-ci il mart hadisələrinin törədilməsində qanlı olayın vətəndaşların narahatçılığına səbəb olmasında Cavadov qardaşlarının və onların xarici, daxili havadarları xüsusi canfəşanlıq göstərirdilər. Onlar xüsusi təyinatlı Polis dəstələrindən istifadə edərək öz çirkin, məkirli çevriliş xislətini reallaşdırmağa cəht göstərirdilər. Lakin onların bu bəd, çirkin, xəyanətkar əməlləri baş tutmadı. Ulu Öndər Heydər Əliyev uğurlu və uzaqgörən siyasəti sayəsində dövlətimiz sülh və əminamanlıq şəraitində inkişaf edir.Solmaz Hüseynova,Xocalı rayon ziyalısı